REGİONLAR


Şəkidə “İpək Yolu” VIII Beynəlxalq Musiqi Festivalı başlayıb

Şəki, 27 iyun, Mustafa Dadaşov, AZƏRTAC

İyunun 27-də Azərbaycanın qədim sənət və mədəniyyət mərkəzlərindən olan Şəkidə növbəti musiqi bayramı – Şəki “İpək Yolu” VIII Beynəlxalq Musiqi Festivalı başlayıb.

AZƏRTAC xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqı və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən festivalda Türkiyə, Yaponiya, Polşa, Macarıstan, İran və Gürcüstandan gəlmiş rəqs və musiqi qrupları, ifaçılar, həmçinin Azərbaycanın tanınmış musiqi kollektivləri iştirak edirlər.

Bu dəqiqələrdə “Marxal” müalicə-istirahət kompleksinin Yay Teatrında təşkilatçı qurumların rəsmilərinin, şəhər ictimaiyyətinin nümayəndələrinin və musiqisevərlərin iştirakı ilə festivalın təntənəli açılış mərasimi keçirilir. Tədbirin bədii rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti Firəngiz Əlizadənin və Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubovun təbriklərindən sonra festivalın ilk konserti - Əməkdar İncəsənət Xadimi, bəstəkar Aygün Səmədzadənin müəllif gecəsi keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.