REGİONLAR


Şəkidə "Uşaq hüquqlarının müdafiəsi" mövzusunda seminar keçirilib

A+ A

Bakı, 24 oktyabr, AZƏRTAC

Oktyabrın 24-də İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Şəki nümayəndəliyinin təşkilatçılığı və Şəki Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Şəki şəhər 12 saylı tam orta məktəbdə "Uşaq hüquqlarının müdafiəsi" mövzusunda seminar keçirilib.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, seminarda insan hüquqlarının qorunması sahəsində qanunvericilik, bu sahədə beynəlxalq təcrübə, Uşaq Hüquqları Konvensiyası barədə ətraflı məlumat verilib. Vurğulanıb ki, uşaq hüquqlarının tam təmin edilməsi, problemlərinin ardıcıl həlli ölkəmizdə bu sahədə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Bu baxımdan ölkəmizdə uşaqların hüquqlarının müdafiəsi, sağlamlığının möhkəmləndirilməsi, onların müasir tələblər səviyyəsində təhsil alması üçün sistemli və ardıcıl tədbirlər həyata keçirilir.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb. Tədbirlərin noyabrın 20-dək digər rayonlarda da keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) təşəbbüsü ilə “Uşaq hüquqları aylığı"nın keçirilməsində məqsəd uşaqlara, uşaq hüquqlarına diqqətin daha da artırılmasıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.