CƏMİYYƏT


Şəkidə bazarda yanğın baş verib VİDEO

A+ A

Bakı, 12 oktyabr, AZƏRTAC

Şəki şəhərində ümumi sahəsi iki hektar olan “Şəki Bazar” ASC-nin ərazisində yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, hadisə nəticəsində bazarın ərazisində geyim əşyalarının satıldığı 90 konteyner və 20 satış piştaxtası 1200 kvadratmetr sahədə yanıb.

Bazarın qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğınsöndürənlər tərəfindən söndürülüb.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.