REGİONLAR


Şəkidə demoqrafik inkişaf məsələlərinə həsr olunan elmi konfrans işini başa çatdırıb

A+ A

Şəki, 13 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC

Şəki şəhərində keçirilən “Azərbaycan Respublikasında demoqrafik inkişaf: əhali məskunlaşmasının perspektivləri və regional problemləri” mövzusunda respublika elmi konfransının ikinci gününün bölmə iclasında “Şəki-Zaqatala iqtisadi rayonunda təbii-iqtisadi və landşaft-ekoloji potensialdan səmərəli istifadə edilməsi” mövzusu üzrə müzakirələr aparılıb.

AZƏRTAC xəbər verir ki, ölkəmizdə demoqrafik inkişaf problemlərinin həlli yollarının işlənib hazırlanması məsələlərinə həsr olunan elmi konfransın təşkilatçıları Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Şəki Şəhər İcra Hakimiyyəti və AMEA Şəki Regional Elmi Mərkəzidir.

Bölmə iclasında “Şəki rayonunun torpaq problemləri”, “Şəkinin Soyuqbulaq ərazisindəki seldən mühafizə qurğusunun əhəmiyyəti”, “Şəki-Zaqatala bölgəsinin bəzi landşaft növlərinin reqressiv ekocoğrafi təzahürləri və onların aradan qaldırılması yolları”, “Kənd turizmi marketinqinin ekoloji və sosial-iqtisadi aspektləri”, “Şimal-qərb bölgəsinin rekreasiya ehtiyatları və onların perspektivliyi”, “Qax rayonundakı Kürmük məbədi Azərbaycanda multikulturalizmin nümunəsi kimi”, “Şimal-qərb bölgəsində ipəkçiliyin inkişafının əhalinin məşğulluq probleminin həlində rolu və əhəmiyyəti”, “Böyük Qafqazın cənub yamacı landşaftlarının ekoloji-geokimyəvi şəraiti və onun insan sağlamlığına təsiri” mövzularında məruzələr dinlənilib.

Sonra iştirakçıların sualları cavablandırılıb.

Geniş müzakirələrdən sonra konfransda səslənmiş təkliflər əsasında qərar layihəsi qəbul olunub.

Bununla da, ikigünlük elmi konfrans öz işini başa çatdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.