REGİONLAR


Şəkidə gənclər üçün treninq keçirilib

A+ A

Bakı, 22 sentyabr, AZƏRTAC

Sentyabrın 22-də İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Şəki nümayəndəliyinin təşkilatçılığı ilə Şəki şəhər 1 saylı peşə məktəbində gənclər üçün "Biznes planların hazırlanması" mövzusunda treninq keçirilib.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, treninqdə biznes ideyanın yaradılması, biznes plan və onun tərtib edilməsi barədə ətraflı məlumat verilib. Bununla yanaşı, tədbirdə İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər barədə məlumat iştirakçıların diqqətinə çatdırılıb.

Tədbir çərçivəsində mövzular üzrə təqdimatlar keçirilib, iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanılıb, onları maraqlandıran suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.