REGİONLAR


Şəkidə ilkin olaraq 361 hektarda yeni fındıq bağları salınacaq

A+ A

Şəki, 26 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC

Prezident İlham Əliyevin ixrac potensialı yüksək olan sahələrin inkişaf etdirilməsi ilə bağlı verdiyi tapşırıq və göstərişlərin icrasını təmin etmək məqsədi ilə Şəki rayonunda da yeni fındıq bağlarının salınması istiqamətində işlərə başlanılıb. Bu məqsədlə ilkin olaraq 361 hektar torpaq sahəsi müəyyənləşdirilib.

Bu barədə AZƏRTAC-a Şəki Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Ayrılmış torpaq sahələrinin 90 hektarı dövlət, 146 hektarı bələdiyyə, 125 hektarı isə xüsusi mülkiyyətə aiddir. Yeni bağların salınması üçün 191 istehsalçı müəyyənləşdirilib və torpaq sahələrinin əkinə hazırlanması işləri aparılır. Fındıq pöhrələrinin əkilməsinə noyabrda başlanılacaq.

Hazırda Şəki rayonunda mövcud fındıq bağlarının ümumi sahəsi 979 hektardır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.