CƏMİYYƏT


Şəkidə istirahət mərkəzində köməksiz vəziyyətdə qalan 35 nəfər təxliyyə edilib

Bakı, 3 iyul, AZƏRTAC

İyulun 2-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Şəki rayonunun dağlıq ərazilərində yağan yağışlar nəticəsində Kiş çayının səviyyəsinin qalxması, çayın üzərindəki körpünün qəzalı vəziyyətə düşməsi və Kiş kəndində istirahət mərkəzlərində olan insanların köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

FHN-dən AZƏRTAC-a verilən məlumata görə, nazirliyin Şimal-qərb Regional Mərkəzinin və Mülkü Müdafiə Qoşunlarının canlı qüvvə və texnikası insanların təxliyyəsi üçün dərhal hadisə yerinə cəlb olunub.

İyulun 3-də nazirliyin qüvvələri tərəfindən 35 nəfər təxliyə olunub. Hazırda Kiş kəndi ilə gediş-gəlişin bərpa olunması üçün texnikalar hadisə yerində işləyir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.