REGİONLAR


Şəkidə ixracatçılar üçün növbəti seminar keçirilib

A+ A

Bakı, 25 noyabr, AZƏRTAC

İqtisadiyyat Nazirliyinin İstehlak Mallarının Ekspertizası Mərkəzi “Malların ixracı proseduru və potensial ixracatçılara güzəştlərin tətbiqi” mövzusunda növbəti seminarını noyabrın 25-də Şəki şəhərində keçirib.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Şəki-Zaqatala regionu üzrə 20-yə yaxın müəssisə təmsilçisinin iştirakı ilə keçirilən seminarda çıxış edənlər sahibkarlara, o cümlədən ixracatçılara göstərilən hərtərəfli dövlət dəstəyindən danışıb, ixrac prosedurları və tətbiq olunan güzəştlər barədə ətraflı məlumat veriblər.

Diqqətə çatdırılıb ki, ixracın stimullaşdırılması üçün kompleks tədbirlər həyata keçirilir. Bu tədbirlər çərçivəsində qeyri-neft malları üzrə ekspertiza xidmətləri tarifləri ötən ilin oktyabrın 28-dən etibarən 30 faiz aşağı salınıb, mənşə ekspertizası və malın mənşəyini təsdiq edən sənədlərin 1 gündən gec olmayaraq sahibkarlara təqdim edilir.

Sonra mövzu ilə bağlı müzakirələr aparılıb, sahibkarları maraqlandıran suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.