REGİONLAR


Şəkidə qadınlar üçün treninq keçirilib

Bakı, 6 iyun, AZƏRTAC

İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Şəki nümayəndəliyinin təşkilatçılığı ilə Şəki şəhərində Sənətkarlar Evində qadın sahibkarlar üçün treninq keçirilib.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, "Korporativ idarəetmə", "Qadın sahibkarlığın inkişafında elektron xidmətlərin rolu" mövzularını əhatə edən treninqdə Azərbaycan Respublikasının korporativ idarəetmə standartları, korporativ idarəetmənin prinsip və metodları, korporativ idarəetmənin şəffaflığın artırılmasında rolu, Müşahidə Şurasının və səhmdarların hüquq və vəzifələri, onlar arasında qarşılıqlı münasibətlərin yaradılması, Azərbaycanda qadın sahibkarlığın müasir vəziyyəti və inkişaf perspektivləri, İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər və bu xidmətlərin "E-hökumət" portalına (www.e-gov.az) inteqrasiyası və s. barədə ətraflı məlumatlar iştirakçıların diqqətinə çatdırılıb. Bununla yanaşı, tədbirdə iştirakçılara apellyasiya şuraları, sahibkarların təkrar şikayətlərinə baxılması prosedurları və s. barədə ətraflı məlumat verilib.

Treninq çərçivəsində mövzular üzrə təqdimatlar keçirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.