CƏMİYYƏT


Şəkidə reproduktiv sağlamlığın qorunmasına dair təlim təşkil olunub

A+ A

Bakı, 6 oktyabr, AZƏRTAC

Şəkidə Səhiyyə Nazirliyinin təşkilatçılığı və BMT-nin Əhali Fondunun texniki dəstəyi ilə "Fövqəladə hallarda zərərçəkmiş əhalinin reproduktiv sağlamlığının qorunması üçün minimal paket xidmətlərinin göstərilməsinin təşkili" mövzusunda təlim keçirilib.

Təlim regionlarda olan zərurəti nəzərə alaraq fövqəladə hallarda zərərçəkmiş əhalinin reproduktiv sağlamlığının qorunması üçün yerlərdə Səhiyyə Nazirliyinin qurumlarının digər dövlət qurumları (Fövqəladə Hallar Nazirliyi, Daxili İşlər Nazirliyi, rayon icra hakimiyyətləri) ilə əməkdaşlığının təkmilləşdirilməsi işini təmin etmək məqsədi daşıyıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Şəki Rayon Mərkəzi Xəstəxanasında keçirilən tədbirdə Oğuz, Qax, Zaqatala, Balakən rayon mərkəzi xəstəxanalarının baş həkimləri və onların müalicə işləri üzrə müavinləri, doğum şöbələrinin müdirləri, Fövqəladə Hallar Nazirliyinin və Daxili işlər Nazirliyinin aidiyyəti nümayəndələri bir araya gəliblər.

Tədbir iştirakçıları qarşısında çıxış edən İctimai Səhiyyə və İslahatlar Mərkəzinin nümayəndələri fövqəladə hallarda zərərçəkən əhalinin reproduktiv sağlamlığının təmin olunması və qorunması üçün Minimal Paket Xidmətlərinin göstərilməsi barədə məlumat veriblər.

Daha sonda məruzəçilər minimal paket xidmətlərinin tarixindən, ölkəmizdə fövqəladə hallarda əhalinin reproduktiv sağlamlığının qorunması sahəsində mövcud olan hazırlıq, bu hazırlığın yüksək səviyyədə saxlanılması və lazım gəldikdə reallaşdırılması üçün nazirliklər/idarələrarası inteqrasiyanın vacibliyindən danışıblar. Mümkün fövqəladə hallarda Səhiyyə Nazirliyi və digər nazirliklərin aidiyyəti qurumları ilə əlaqəli işin daha yaxşı qurulmasına nail olmaq üçün minimal paket xidmətləri haqqında məlumatlı olmağın vacibliyi xüsusi qeyd edilib.

Sonda nazirliklər/idarələrarası koordinasiya əlaqələrinin saxlanılması üçün məqsədəuyğun əməkdaşlığın qurulması formaları müzakirə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.