MƏDƏNİYYƏT


Şəkidə tanınmış şair Abbas Bəxtiyarovun xatirəsi anılıb

Bakı, 29 iyul, AZƏRTAC

M.F.Axundzadə adına Şəki şəhər Mədəniyyət Mərkəzində rayon ədəbi mühitinin görkəmli nümayəndəsi, şair, tədqiqatçı folklorşünas Abbas (Əmbala) Bəxtiyarova həsr olunmuş “Yapışmışdım bu dünyadan, etibarın bilə-bilə” adlı xatirə gecəsi keçirilib.

Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, tədbirdə şairin sənət dünyası və onun yaradıcılığı ilə bağlı xoş xatirələr dinlədildikdən sonra onun “Həsrətim”, “Üzünü sıxma köksümə”, “Azərbaycan milli mətbəxi bayatılarda” və digər kitablarında yer alan poetik nümunələr səsləndirilib. Tədbir maraqlı konsert proqramı ilə davam edib.

Sonda qonaqlar şairin həyat və yaradıcılığını əks etdirən videoçarx və onun kitablarından ibarət sərgi ilə tanış olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.