REGİONLAR


Şəkidə taxıl əkini sahələri 1391 hektar artıb

Şəki, 30 may, Mustafa Dadaşov, AZƏRTAC

Respublikamızın ən iri taxılçılıq rayonlarından olan Şəkidə cari mövsümdə 68 min 514 hektar taxıl sahəsinin biçilməsi nəzərdə tutulub. Taxıl əkinləri əvvəlki illə müqayisədə 1391 hektar artıb. Şəki taxılçıları bu il sahələrdən 200 min tona yaxın məhsul götürməyi planlaşdırırlar.

Bu barədə AZƏRTAC-a Şəki Şəhər İcra Hakimiyyətinin məsul nümayəndəsi Rafik Məmmədov məlumat verib.

Şəkili fermerlər bu məsul kampaniyaya ciddi hazırlaşıblar. Taxıl biçini üçün bütün zəruri hazırlıq işləri görülüb. Taxıl anbarları, xırmanlar təmir və dezinfeksiya olunub, yanğından mühafizə tədbirləri görülüb, kombayn və digər texnikalar saz vəziyyətə gətirilib. Ümumilikdə, biçin kampaniyasına 110 taxılbiçən kombaynın cəlb edilməsi nəzərdə tutulur. Onların 80 ədədi son illərdə alınan təzə, 30-u isə istifadəyə yararlı olan köhnə kombaynlardır. Biçin kampaniyasına, eyni zamanda, 72 ədəd küləş presləyən aqreqat, 230 şum traktoru, 300-ə yaxın yük maşını, traktor və qoşqu, həmçinin 5 yanğınsöndürən və 9 su maşını cəlb olunacaq.

Taxıl biçininə iyunun əvvəllərində başlanması nəzərdə tutulur.

Xatırladaq ki, 2016-cı ildə Şəki taxılçıları 67 min 123 hektar taxıl sahəsindən 193 min tona yaxın məhsul götürüblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.