REGİONLAR


Şəkidə taxıl istehsalı 200 min tonu keçib

Şəki, 19 iyul, Mustafa Dadaşov, AZƏRTAC

Respublikamızın ən iri taxılçılıq rayonlarından olan Şəkidə taxıl biçini kampaniyası başa çatmaq üzrədir. Mövsümün əvvəlindən bu günədək rayonun təsərrüfatlarında 64 min 465 hektar sahənin taxılı biçilib, 202 min ton məhsul istehsal olunub. Tədarük olunan taxılın 142 min tonu buğda, 60 min tonu isə arpadır. Hər hektarda orta məhsuldarlıq 31,3 sentnerə çatıb.

Bu barədə AZƏRTAC-a şəhər Statistika İdarəsindən məlumat verilib.

Qurumdan bildiriblər ki, hələlik rayonda 2 min hektardan çox biçilməmiş taxıl sahəsi qalıb. Fermerlər qalan məhsulun da sahələrdən itkisiz toplanması üçün bütün qüvvələri səfərbər ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.