REGİONLAR


Şəkidə tütünçülük sahəsində iki minə yaxın mövsümi işçi çalışır

Şəki, 1 avqust, Mustafa Dadaşov, AZƏRTAC

Şəki rayonunun təsərrüfatlarında tütün yığımının qızğın çağıdır. “İnter-Tobacco” MMC-nin rayonda fəaliyyət göstərən tütün istehsalı və emalı məntəqəsinə bu günədək fermerlərdən 857 ton yaşıl tütün kütləsi daxil olub. Eyni zamanda, mövsümün əvvəlindən bu günədək emal məntəqəsində 54 ton quru tütün istehsal edilib.

Bu barədə AZƏRTAC-a emal məntəqəsinin müdiri Kamran Şərifov məlumat verib.

Müəssisənin rəsmisinin bildirdiyinə görə, hazırda məntəqədə olan 56 ədəd odla tütünqurutma kamerasının hamısı işlək vəziyyətdədir.

Xatırladaq ki, bu il rayonun təsərrüfatlarında 843 hektar sahədə tütün yetişdirilib. Tütün əkini sahələri əvvəlki illə müqayisədə 58 hektar artırılıb. Ənənəvi sahələrdən olan tütünçülüyün inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər kənd əhalisinin məşğulluğunun təmin edilməsinə də müsbət təsir göstərir. Belə ki, bu il Şəkidə tütünçülük sahəsində iki minə yaxın sakin mövsümi işlə təmin olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.