REGİONLAR


Şəkinin Kiş kəndinə təbii qazın verilməsi bərpa olunub

Şəki, 5 iyul, Mustafa Dadaşov, AZƏRTAC

İyulun 2-də axşam saatlarında Şəki rayonunun dağlıq ərazisində, Kiş çayında baş vermiş güclü sel zamanı qaz xəttinin sıradan çıxması nəticəsində Kiş kəndinə təbii qazın verilişi dayanmışdı.

Şəhər İcra Hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, həyata keçirilən operativ tədbirlər nəticəsində iyulun 5-də axşam saat 21:00 radələrində Kiş kəndinə təbii qazın verilməsi tam bərpa olunub.

Kəndə elektrik enerjisinin verilməsi də tam şəkildə təmin olunur. Bu gün lil altında qalan daha 2 transformatorun fəaliyyəti bərpa edilib. Beləliklə, hazırda kəndi elektrik enerjisi ilə təmin edən 8 transformatorun hamısı tam gücü ilə işləyir.

Şəki şəhərini içməli su ilə təmin edən kollektorun, suqəbuledici qurğuların lildən təmizlənməsi istiqamətində işlər sürətlə davam etdirilir. Görülmüş tədbirlər nəticəsində artıq şəhər əhalisinin yarıdan çoxuna içməli suyun verilməsi təmin edilib.

Kiş çayı üzərində alternativ yolun çəkilişi də başa çatıb və hazırda kəndə gediş-gəliş həmin yol vasitəsi ilə həyata keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.