REGİONLAR


Şəkinin daha bir yaşayış məntəqəsi qazlaşdırılıb VİDEO

A+ A

Şəki, 10 noyabr, Mustafa Dadaşov, AZƏRTAC

Şəki rayonunun yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində tədbirlər davam etdirilir. Noyabrın 10-da rayonun Cumakənd kəndinə ilk dəfə təbii qaz verilib.

AZƏRTAC xəbər verir ki, 500 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında 7 min metr müxtəlif diametrli polietilen və 26 min 890 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.

Bu münasibətlə keçirilən tədbirdə ölkə əhalisinin təbii qazla təminatının yaxşılaşdırılması istiqamətində reallaşdırılan genişmiqyaslı tədbirlərdən bəhs edilib. Diqqətə çatdırılıb ki, hazırda rayonun 40-a yaxın yaşayış məntəqəsinin əhalisi təbii qazdan istifadə edir. Daha 5 kəndin qazlaşdırılması istiqamətində işlər aparılır. Bu işlər başa çatdıqdan sonra Şəki rayonu üzrə qazlaşma 85 faiz təşkil edəcək.

Tədbirdə kənd sakinləri çıxış edərək, əhalinin sosial problemlərinin həllinə göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Sonra qaz xəttinin açılışını bildirən məşəl alovlandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.