İQTİSADİYYAT


Səkkiz ayda avtomobillə 805,9 milyon sərnişin daşınıb

A+ A

Bakı, 17 sentyabr, AZƏRTAC

Avtomobil nəqliyyatı ilə yanvar-avqust aylarında 67,1 milyon ton yük, 805,9 milyon sərnişin daşınıb.

Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 2,8 faiz və 2,5 faiz artımdan xəbər verir.

Sərnişinlərin 96,1 faizi və ya 774 milyon 469 min nəfəri avtobus, 3,9 faizi və ya 31 milyon 431 min nəfəri isə minik taksilərinin xidmətlərindən istifadə edib.

Yük dövriyyəsi 2,8 faiz, sərnişin dövriyyəsi isə 2,5 faiz artıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.