İQTİSADİYYAT


Səkkiz ayda dəmir yolu ilə 9,5 milyon ton yük daşınıb

A+ A

Bakı, 17 sentyabr, AZƏRTAC

Dəmir yolu nəqliyyatı ilə 2016-cı ilin yanvar-avqust aylarında 9,5 milyon ton yük, 1 milyon 235,3 min sərnişin daşınıb.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, 2015-ci ilin eyni dövrü ilə müqayisədə yük daşınmasında 17,6 faiz, sərnişin daşınmasında isə 3 faiz azalma müşahidə olunub.

Orta hesabla sutkada 433 vaqon yüklənib, 410 vaqon isə boşaldılıb.

Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 17,7 min ton, Qərb istiqaməti üzrə 4,8 min ton, Cənub istiqaməti üzrə isə 1,8 min ton yüklənmə işi yerinə yetirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.