İQTİSADİYYAT
Səkkiz ayda sənaye məhsulunun 28,2 faizi emal sektorunda istehsal olunub
Bakı, 16 sentyabr, AZƏRTAC
Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən bu ilin yanvar-avqust aylarında istehsal olunan 20,3 milyard manatlıq sənaye məhsulunun 28,2 faizi emal sektorunun payına düşüb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, emal sektorunda qida məhsullarının istehsalı 4,5 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 2,7 dəfə, geyim istehsalı 20,3 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 48,8 faiz, kağız və karton istehsalı 6,6 faiz, mebel istehsalı 12,1 faiz artıb, içkilərin istehsalı 11,7 faiz, tütün məmulatlarının istehsalı 3,2 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 75,1 faiz azalıb. Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 3,3 faiz artıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.01.2023 [16:49]
Azərbaycandan propilenin sopolimerlərinin ixracı artıb
- 08.04.2022 [17:27]
Sahibkarların sənaye zonalarına marağı artır
- 18.12.2021 [13:09]
Ötən ay ölkədə 742,1 kiloqram gümüş istehsal edilib
- 18.12.2021 [12:46]
Keçən ay mis filizləri və konsentratlarının istehsalı artıb
- 17.12.2021 [17:04]
Ötən ay 320,1 kiloqram qızıl istehsal edilib
- 16.12.2021 [16:02]
Qiymətli metal filizləri və konsentratlarının istehsalı artıb
- 17.11.2021 [14:52]