REGİONLAR
Sel suları 20-yə yaxın rayonda avtomobil yollarına zuyan vurub
Bakı, 18 iyul, AZƏRTAC
Son aylar ərzində yağan intensiv yağışlar və sel suları nəticəsində 20-yə yaxın rayonda yol təsərrüfatına xeyli ziyan dəyib.
Bu barədə AZƏRTAC-a “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən bildirilib.
Məlumata görə, Daşkəsən, Gədəbəy, Qazax, Tovuz, Quba, Qusar, Şamaxı, Ağsu, İsmayıllı, Yardımlı, Lerik, Şəki və digər rayonlarda “Azəravtoyol” ASC-nin xidmət etdiyi avtomobil yollarına daha çox ziyan dəyib. Bundan başqa, intensiv yağıntılar Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Qobustan, Şamaxı rayonları ərazisindən keçən hissələrində, Ağsu dolaylarında, Muğanlı-İsmayıllı, Lənkəran-Lerik, Masallı–Yardımlı, Basqal-Sulut və digər avtomobil yollarında torpaq sürüşmələrini daha da aktivləşdirib. Nəticədə, avtonəqliyyat vasitələrinin hərəkətində qısa müddətli problemlər yaranıb. Sözügedən ərazilərə dərhal mütəxəssislər cəlb olunub, təbii fəlakətin miqyası müəyyənləşdirilib. Bir çox ərazilərdə görülən təxirəsalınmaz tədbirlər nəticəsində təbii fəlakətin fəsadları qısa müddət ərzində aradan qaldırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [15:52]
Naxçıvandan Türkiyəyə ilk dəfə taxıl məhsulları ixrac olunub
- 24.04.2024 [15:31]
Xaçmazdakı aqroparklarda süd məhsuldarlığında rekord nəticə qeydə alınıb
- 24.04.2024 [15:01]
Naxçıvanda “BOOKFEST” kitab sərgisi keçiriləcək
- 24.04.2024 [13:52]
Gələn aydan Şuşada elektrik avtobuslar istifadəyə veriləcək
- 24.04.2024 [12:53]
Naxçıvanda ticarət obyektlərində saxta alkoqollu içkilər aşkarlanıb
- 23.04.2024 [17:45]