REGİONLAR


Sel suları Cəlilabadın Cəfərxanlı kəndində fəsadlar törədib

A+ A

Cəlilabad, 27 oktyabr, Bağır Əliyev, AZƏRTAC 

Son günlər cənub bölgəsinə yağan intensiv yağışlar Cəlilabad rayonunun Cəfərxanlı kəndində fəsadlar törədib.

AZƏRTAC xəbər verir ki, aramsız yağan yağışlar nəticəsində kəndin ərazisində olan gölün səviyyəsi maksimum həddə çatdığından bənd dağılıb. Gölün suyu İncəçay ilə axıdıldığından rayonun Alar kəndinə də təhlükə yaranıb.

Sel sularının məcrasını dəyişmək məqsədilə Ələt-Astara magistral yolu müvəqqəti bağlanılıb. Nəqliyyat vasitələri alternativ yoldan istifadə edirlər.

Rayon rəhbərliyi hadisə yerində olub. Əraziyə çoxlu sayda texnika və canlı qüvvə cəlb edilib. Yaranmış problemi aradan qaldırmaq məqsədilə təxirəsalınmaz tədbirlər görülür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.