REGİONLAR


Sel sularının Yardımlının Gendərə kəndində uçurduğu körpü yenidən qurulub

A+ A

Yardımlı, 5 noyabr, Bağır Əliyev, AZƏRTAC

Sel sularının Yardımlının Gendərə kəndində uçurduğu körpü yenidən qurulub.

Rayon Fövqəladə Hallar Komissiyasının sədri Azər Xaniyev AZƏRTAC-a bildirib ki, son günlər cənub bölgəsinə yağan intensiv yağışlar nəticəsində Yardımlı rayonunun Gendərə kəndindən keçən Nion çayına gələn sel çayın üzərindəki körpünü uçurmuşdu. Nəticədə rayonun Gendərə, Yuxarı Astanlı, Aşağı Astanlı kəndlərinin rayon mərkəzi ilə əlaqəsi kəsilmişdi. Rayon icra hakimiyyəti və “Azəravtoyol” ASC-nin həyata keçirdiyi operativ və təxirəsalınmaz tədbirlər nəticəsində körpü yenidən qurularaq əhalinin istifadəsinə verilib.

Hazırda körpüdən istifadə edən avtonəqliyyat vasitələrinin və piyadaların hərəkətində heç bir çətinlik yoxdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.