REGİONLAR
Selami Bak : Bu seminar türk dünyası üçün mühüm əhəmiyyət kəsb edir
Ağsu, 18 sentyabr (AZƏRTAC, Adil Ağayev). Bakıda keçirilən “Ümumi mədəni irs şəhərləri” beynəlxalq arxeoloji-turizim layihəsi üzrə seminarın türkiyəli iştirakçısı, Van Yüzüncüyıl Üniversitetinin arxeoloji sənət tarixi üzrə eksperti Selami Bak sentyabrın 18-də Şamaxı və Ağsu rayonlarına səfərindən aldığı təəssuratları AZƏRTAC ilə bölüşərək deyib: “Təəssüratlarım çox böyükdür. Birincisi, onu deyim ki, özümü Türkiyədəki kimi hiss edirəm. Ikincisi, bu seminar türk dünyası üçün mühüm əhəmiyyət kəsb edir. Inanıram ki, turizm əlaqələrimiz daha da möhkəmlənəcək. Axı, hər kəs turist kimi gedəcəyi yerlər barədə əvvəlcədən məlumat almaq istəyir”.
Türkiyəli qonaq daha sonra Şamaxıda XVIII-XIX əsrlərə aid, sonuncu Şamaxı xanı Mustafa xanın ailəsinin dəfin olunduğu “Yeddi künbəz” abidəsi və “Yeddi künbəz” qəbristanlığı, habelə bir gün əvvəl Qobustan rayonunda ziyarət etdiyi 1402-ci ilə aid “Diri baba” abidəsi barədə bunları deyib: “Bu tarixi abidələr məndə qəribə hisslər oyatdı. Hesab edirəm ki, türk dünyası ölkələrindəki bütün tarixi abidələr arasında sıx bağlılıq mövcuddur”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [15:52]
Naxçıvandan Türkiyəyə ilk dəfə taxıl məhsulları ixrac olunub
- 24.04.2024 [15:31]
Xaçmazdakı aqroparklarda süd məhsuldarlığında rekord nəticə qeydə alınıb
- 24.04.2024 [15:01]
Naxçıvanda “BOOKFEST” kitab sərgisi keçiriləcək
- 24.04.2024 [13:52]
Gələn aydan Şuşada elektrik avtobuslar istifadəyə veriləcək
- 24.04.2024 [12:53]
Naxçıvanda ticarət obyektlərində saxta alkoqollu içkilər aşkarlanıb
- 23.04.2024 [17:45]