DÜNYA


Selena Qomes yeni filmə çəkiləcək

Bakı, 10 avqust, AZƏRTAC

Amerikalı aktrisa və müğənni Selena Qomes Vudi Allenin yeni filmində baş rollardan birini canlandıracaq.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, çəkiliş meydançasında onun həmkarları Timoti Çalamet və El Fanninqdir. Layihənin adı hələ ki, açıqlanmayıb.

Allenin bundan əvvəl çəkdiyi “Dəbdəbəli həyat” və hələ ekranlara çıxmayan “Möcüzələr çarxı” filmləri kimi bu ekran əsəri də Amazon Studiyasında hazırlanacaq. “Möcüzələr çarxı”nın premyerası bu ilin oktyabrında Nyu-York kinofestivalında olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.