MƏDƏNİYYƏT


“Şelkunçik” maraqla qarşılanıb

Bakı, 9 mart, AZƏRTAC

Martın 9-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında P.İ. Çaykovskinin “Şelkunçik” baleti nümayiş olunub.

AZƏRTAC xəbər verir ki, Bakı Xoreoqrafiya Akademiyasının təşkilatçılığı ilə təqdim olunan səhnə əsərində akademiyanın şagird və tələbə heyəti iştirak edib.

Baletin quruluşçu xoreoqrafı Əməkdar Müəllim Pullumb Ağalıyay, bədii rəhbəri isə Xalq Artisti Kamilla Hüseynovadır.

Xeyriyyə məqsədilə nümayiş olunan səhnə əsəri kimsəsiz və valideyn himayəsindən məhrum olmuş uşaq və yeniyetmələr üçün nəzərdə tutulub.

Həmçinin səhnə əsəri sağlamlıq məhdudiyyəti olan uşaqların estetik tərbiyəsinə müsbət təsir göstərmək, xoreoqrafiya sənətinə maraq yaratmaq məqsədi daşıyır.

Gənc dirijor Əyyub Quliyevin idarə etdiyi səhnə əsərində Murad Kərimov, Dinarə Şirinova, Maksim Labaçov, Nərgiz Abdullayeva, Mikayıl Həsənzadə, Fatimə Xəlilova, Sübhan Abışov, Nurlan Rəsulov və akademiyanın digər tələbələri iştirak ediblər.

Rəngarəng musiqilər, maraqlı, zəngin dekorasiya və tələbələrin məharətli çıxışı səhnə əsərini daha da baxımlı edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.