MƏDƏNİYYƏT


“Səma” rəqs ansamblı Mahnı Teatrında konsert verib

Bakı, 7 iyun, AZƏRTAC

Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında “Səma” rəqs ansamblı konsert proqramı ilə çıxış edib.

Teatrdan AZƏRTAC-a bildirilib ki, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə gerçəkləşən tədbirdə əvvəlcə qonaqlara “Səma”nın il ərzində qazandığı nailiyyətlər haqqında məlumat verilib, ansamblın fəaliyyətinə həsr edilmiş videoçarx nümayiş olunub.

Konsert proqramında rəqs ansamblının ifasında milli rəqslərimizlə yanaşı, dünya xalqlarının rəqs nümunələrinə də müraciət edilib. Konsert çərçivəsində respublikanın tanınmış incəsənət ustaları tərəfindən səslənən mahnılar iştirakçılar tərəfindən alqışlarla qarşılanıb.

Sonda ansamblın bədii rəhbəri Səma Sadıxova “Səma” rəqs ansamblının il ərzində tədbirlərdə fəal iştirakına görə idarənin fəxri fərmanı ilə təltif olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.