İQTİSADİYYAT


Səməd Həsənzadə: Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar İran ilə iqtisadi əlaqələrin inkişafına təkan verir

Təbriz, 30 iyun, AZƏRTAC

Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar bu ölkənin ixrac və investisiya potensialını artırıb, yaxın qonşu və dost İran ilə iqtisadi əlaqələrin inkişafına təkan verir.

Bu sözləri AZƏRTAC-a müsahibəsində İranın Şərqi Azərbaycan Vilayətinin Kənd Təsərrüfatı, Sənaye və Ticarət Palatasının sədri Səməd Həsənzadə deyib. O bildirib ki, iki ölkə arasındakı ticarət dövriyyəsində 75 faiz artım müşahidə edilib. Bu çox yaxşıdır. Lakin Azərbaycan və İranın iqtisadi potensialı ticarət dövriyyəsinin daha da artmasına imkan verir. Bu artım iş adamlarının və sərhəd bölgəsindəki regionların sosial-iqtisadi vəziyyətinin yaxşılaşması üçün şərait yaradacaq.

Palata sədri vurğulayıb ki, İranın “Araz” və “Maku” Azad İqtisadi Zonalarında sərmayə yatırımı üçün əlverişli şərait yaradılıb. Azərbaycanın iş adamları bu zonalarda vergilərin az olmasından istifadə edib sərmayə yatırımında iştirak edə bilərlər.

S.Həsənzadə İranın Şərqi Azərbaycan Vilayətinin iqtisadi potensialı haqqında məlumat verərək bildirib ki, birgə istehsal müəssisələrinin yaradılması və üçüncü bazarlara çıxışın əldə edilməsi hər iki tərəf üçün əhəmiyyətlidir. Buna görə iş adamlarının görüşlərini təşkil edib onlar tanış etmək vacibdir.

 

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Təbriz

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.