DÜNYA


Səmərqənd İslam Kərimovla vidalaşır

A+ A

Bakı, 3 sentyabr, AZƏRTAC

Özbəkistan Prezidenti İslam Kərimovun nəşi olan korteji onun doğma şəhəri Səmərqəndin minlərlə sakini qarşılayıb.

AZƏRTAC RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, prezidentin cənazəsi şəhərin mərkəzində qədim minarələri olan məşhur Registan meydanında qoyulub. Burada İslam Kərimovla vida mərasimi başlayıb.

Cənazə Registan meydanından orta əsr xadimlərinin, eləcə də İslam Kərimovun valideynlərinin dəfn olunduqları tarixi Şahi-Zinda qəbiristanlığına aparılacaq. Prezident valideynlərinin məzarları yanında torpağa tapşırılacaq. Son 20 ildə Şahi-Zindada heç kim dəfn olunmayıb. Amma Özbəkistanının birinci prezidenti üçün istisna edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.