MƏDƏNİYYƏT


Səmərqənddə keçirilən konfransda Azərbaycan aliminin də məruzəsi dinlənilib

Daşkənd, 17 may, АZƏRTAC

Daşkənddə öz işinə başlayan “Özbəkistanın mədəni irsi - xalqlar və millətlər arasında dialoqa aparan yol” adlı konfrans qədim Səmərqənd şəhərində başa çatıb.

Dünyanın 36 ölkəsindən gələn 350-dən artıq tarixçi alim, etnoqraf, şərqşünas və ekspertin iştirak etdiyi tədbirə Azərbaycan Milli Elmlər Akademiyası Şərqşünaslıq İnstitutu direktorunun müavini Şahin Mustafayev və Milli İncəsənət Muzeyi direktorunun elmi işlər üzrə müavini Xədicə Əsədova da qatılıblar.

Səmərqənddə “Böyük İpək Yolu - Şərq və Qərbi birləşdirən bağlar” adlı iclasa Ş.Mustafayev və Mirzə Uluqbek adına Özbəkistan Milli Universitetinin professoru Rüstəm Süleyman moderatorluq ediblər.

Konfransda “UNESCO İpək Yolu dövlətləri və nəsilləri birləşdirən bağ” beynəlxalq layihəsi”, “Dünya tarixində Buxara və onun yeri”, “Türkiyə və Özbəkistanın mədəni-musiqi birliyi”, “Topqapı sarayındakı əlyazmalar”, “Böyük İpək yolu-dialoq və mədəniyyətlər yolu”, “Baburnamə”nin qaytarılması” və digər mövzularda məruzələr dinlənilib.

Ş.Mustafayev tədbirdə “Edvard Tvaladzenin elmi əsərlərində Böyük ipək yolunun öyrənilməsi perspektivləri” mövzusunda geniş məruzə edib.

Ş.Mustafayev Özbəkistanda yaşayan akademik E.Tvaladzenin həyatı, yaradıcılığı, yazdığı kitab və elmi məqalələr haqqında ətraflı məlumat verib.

Sonra konfrans iştirakçıları Səmərqəndin tarixi abidələrinə baxıb, “Bağişamol” bağında teatrlaşdırılmış konsert proqramına tamaşa ediblər.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.