ELM VƏ TƏHSİL
Seminarda elmi mövzu üzrə məruzə dinlənilib
Bakı, 28 yanvar, AZƏRTAC
Yanvarın 28-də Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda “İkinci və dördüncü tərtib diferensial-operator tənliklər üçün sərhəd məsələlərinin spektrinin asimptotikasının və izlərinin tədqiqi” mövzusunda seminar keçirilib.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, seminarda bu elm müəssisəsinin diferensial tənliklər şöbəsinin aparıcı elmi işçisi, riyaziyyat elmləri doktoru Nigar Aslanovanın elmi məruzəsi dinlənilib.
Məruzə qeyri-məhdud operator əmsallı diferensial ifadələrlə doğrulmuş ikinci və dördüncü tərtib diferensial operatorların məxsusi ədədlərinin asimptotikasının və requlyarlaşmış izlərinin tədqiqinə həsr edilib.
Sonra mövzu ətrafında müzakirələr aparılıb.