REGİONLAR
Şəmkir, Daşkəsən və Gədəbəy rayonlarında əmək qanunvericiliyinin pozulması faktları aşkar edilib
Şəmkir, 14 sentyabr (AZƏRTAC). Şəmkirdəki 20 saylı dövlət əmək müfəttişliyi əməkdaşlarının Şəmkir, Daşkəsən və Gədəbəy rayonlarında apardıqları yoxlamalar nəticəsində dövlət və özəl müəssisələrdə əmək qanunvericiliyinin pozulması ilə bağlı 68 fakt aşkar edilib. Qanun pozuntuları əsasən işə xitam verilərkən işçiyə son haqq-hesabın ödənilməməsi, əmək haqlarının gecikdirilməsi, əmək müqavilələrinin bağlanılmaması, texniki təhlükəsizlik sahələrində olub.
Müfəttişliyin rəisi Malik Şükürov AZƏRTAC-a bildirib ki, qanun pozuntusuna yol vermiş şəxslərlə bağlı müvafiq tədbirlər görülüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.05.2024 [17:48]
Gəncədə “Yaradıcı müzakirələr” keçirilir
- 08.05.2024 [17:02]
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
- 08.05.2024 [16:57]
Naxçıvanda istehlaka yararsız qida məhsullarının satışının qarşısı alınıb
- 08.05.2024 [16:35]
Birinci Qarabağ müharibəsi şəhidinin nəşi Lənkəranda torpağa tapşırılıb
- 08.05.2024 [16:34]