CƏMİYYƏT


Şəmkir Şəhər Gənclər və Nesvij Şəhər Gənclik mərkəzləri arasında əməkdaşlıq protokolu imzalanıb

A+ A

Bakı, 9 iyul, Famil Quliyev, AZƏRTAC

Azərbaycanda keçirilən Belarus gəncləri günü çərçivəsində Şəmkir rayonunda səfərdə olan bu ölkənin yaradıcı gəncləri “Zəka” İntellektual Gənclər Mərkəzində olublar. Burada iki ölkənin gənc sənətkarlarının dekorativ tətbiqi sənət sərgisi və Belarus gənclərinin layihələrinin təqdimatı olub.

AZƏRTAC xəbər verir ki, sonra Şəmkir Şəhər Gənclər Mərkəzi və Nesvij Səhər Gənclik Mərkəzi arasında əməkdaşlıq haqqında protokol imzalanıb. Sənədin məqsədi iki ölkənin gəncləri arasında müxtəlif sahələrdə əməkdaşlığı inkişaf etdirmək, gənclər siyasəti ilə bağlı təcrübə mübadiləsi aparmaq, tələbə təşkilatları arasında əlaqələr yaratmaqdır.

Daha sonra Azərbaycan və Belarus gənclər təşkilatları ilə “Gənclər siyasəti sahəsində Belarus-Azərbaycan əməkdaşlığının inkişaf perspektivləri” mövzusunda “dəyirmi masa” keçirilib. Tədbirdə iki ölkə arasında gənclər siyasətinin daha da inkişaf etdirilməsi ilə bağlı müzakirələr aparılıb, təkliflər səsləndirilib.

Qonaqlar, həmçinin Şəmkir şəhərində Alman Lüteran Kilsəsi, Heydər Əliyev Mərkəzi ilə tanış olublar.

Şəmkirdə, həmçinin Azərbaycan və Belarus yaradıcı gənclərinin iştirakı ilə qala konsert keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.