İQTİSADİYYAT
“Şəmkir” Su Elektrik Stansiyası ahəngdar rejimdə işləyir
Bakı, 27 mart, AZƏRTAC
Respublikamızın enerji sistemində öz yeri olan “Şəmkir” Su Elektrik Stansiyasının kollektivi 2014-cü ilin proqnozlarına tam əməl edib.
“Azərenerji” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Şəmkir” SES-də fəaliyyət göstərən 190 meqavoltluq (MVt-lik) iki aqreqat ötən mövsümdə sel sularının qəbulu və ötürülməsi prosesini normal başa vurub. O cümlədən 2014-2015-ci illərin payız-qış mövsümü üçün nəzərdə tutulan tapşırıqlara layiqincə əməl olunub. Həmçinin “Yenikənd” SES-dəki gücü 37,5 MVt olan dörd ədəd aqreqatda da analoji proseslər həyata keçirilib.
“Şəmkir” SES-də cari ilin ötən iki ayı ərzində 77 milyon 484 min kilovat-saat, “Yenikənd” SES-də isə 39 milyon 751 min kilovat-saata yaxın elektrik enerjisi hasil edilib. Ümumilikdə, silsilə üzrə həmin dövrdə 117,2 milyon kilovat-saatdan çox enerji istehsal olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [21:03]
İlin ilk üç ayında ARDNF-in aktivləri 2,3 faiz artıb
- 19.04.2024 [19:09]
Çin mütəxəssisləri Türkmənbaşı limanının imkanları ilə tanış olublar
- 19.04.2024 [19:00]
® “Bakcell”in baş icraçı direktoru Xankəndidə jurnalistlərlə görüşüb
- 19.04.2024 [18:42]
“Azərbaycan Hava Yolları” Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub
- 19.04.2024 [18:24]