REGİONLAR


Şəmkir, Tovuz, Qazax və Ağstafada səsvermə prosesi uğurla davam edir

A+ A

Tovuz, 26 sentyabr, AZƏRTAC

Konstitusiyaya təklif olunan dəyişikliklərlə bağlı ölkədə keçirilən ümumxalq səsverməsi qərb bölgəsinin Şəmkir, Tovuz, Qazax və Ağstafa rayonlarında uğurlu davam edir. Dairələrin bütün məntəqələrində seçicilərin öz fikirlərini sərbəst şəkildə ifadə etmələri üçün lazımi şərait yaradılıb.

AZƏRTAC xəbər verir ki, saat 10.00-a qədər 98 saylı Şəmkir şəhər seçki dairəsi üzrə 34908 seçicidən 4107-si, 99 saylı Şəmkir kənd seçki dairəsi üzrə 41866 seçicidən 5287-si, 100 saylı Şəmkir-Daşkəsən seçki dairəsi üzrə 37179 seçicidən 5398-i, 105 saylı Tovuz seçki dairəsi üzrə 46197 seçicidən 6883-ü, 106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsi üzrə 48034 seçicidən 6743-ü, 107 saylı Qazax seçki dairəsi üzrə 45985 seçicidən 5829-ü, 108 saylı Ağstafa seçki dairəsi üzrə 42713 seçicidən 5848-i artıq səsvermədə iştirak edib.

Dairələrdən verilən məlumata görə, heç bir məntəqədə qayda pozuntusu qeydə alınmayıb.

Səsvermənin gedişi yerli müşahidəçilərlə yanaşı, xarici müşahidəçilər tərəfindən də izlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.