REGİONLAR


Şəmkir-Yeni Göyçə-Dağ Cəyir avtomobil yolunun yenidən qurulması işləri ilin sonunadək yekunlaşdırılacaq VİDEO

Bakı, 12 may, AZƏRTAC 

Şəmkir-Yeni Göyçə-Dağ Cəyir avtomobil yolu “Azəravtoyol” ASC tərəfindən yenidən qurulur.

ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ümumi uzunluğu 31 kilometr olan yolda aparılan torpaq işləri artıq yekunlaşmaq üzrədir.

Məlumata əsasən, 3-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulan yolun ümumi eni 10 metrdən 12 metrə qədər genişləndirilib. Bunun üçün zəruri olan yerlərdə yolun yararsız qruntu qazılaraq çıxarılıb, əvəzinə xüsusi material tökülərək yeni yol yatağı inşa edilib.

Tikinti işləri çərçivəsində 2 hərəkət zolaqlı olan yolun kənarlarında 1,5 metr enində çiyinlər qurulub, 7 metr enində yol əsasının salınması işləri aparılır ki, bu işlər də artıq yekunlaşır. Bundan əlavə, yolboyu torpaq işlərinin də 90 faizi yekunlaşıb. Sonra yolun asfaltlanmasına başlanılacaq. Ümumilikdə yolun 200 min kvadratmetrdən çox sahəsinə 2 qat olmaqla 12 santimetr qalınlığında asfalt-beton örtük döşənəcək.

Layihə çərçivəsində yolboyu 29 ədəd 0,5 və 1,25 metr diametrində dəmir-beton suötürücü borular tikiləcək, zəruri olan yerlərdə 270 ədəd yol nişanı və məlumatverici lövhə quraşdırılacaq, daha sonra yolun üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılacaq.

Yenidənqurma işlərinin bu ilin sonuna qədər yekunlaşdırılması nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.