REGİONLAR


Şəmkir bələdiyyəsinin nəzdində yeni müəssisə yaradılıb

A+ A

Şəmkir, 4 iyul, AZƏRTAC

Əhalinin məşğulluğunu təmin etmək və yerli istehsala tələbatı ödəmək məqsədilə Şəmkir bələdiyyəsinin nəzdində sayca üçüncü MMC – “Morul” tikinti materialları istehsalı müəssisəsi yaradılıb.

Yeni müəssisədə 4 növ qum-çınqıl, eləcə də üzlük daşı istehsal ediləcək. Burada quraşdırılan müasir avadanlıqlar vasitəsilə saatda 10 kvadratmetr üzlük daşı, 100 ton qum-çınqıl istehsal etmək mümkün olacaq. Hazırda müəssisədə 36 işçi çalışır. Gələcəkdə iki növbəli iş rejiminə keçməklə işçilərin sayının 100-ə çatdırılması planlaşdırılır.

Şəmkir bələdiyyəsinin sədri Vüqar Həsənov AZƏRTAC-a bildirib ki, “Morul” tikinti MMC-nin tərkibində daha bir müəssisənin açılması nəzərdə tutulub və bütün bunlar ilk növbədə yerli əhalinin məşğulluğunun təmin olunmasına xidmət edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.