REGİONLAR


“Şəmkir” futbol klubu ilə keçirilən görüşdə qarşıda duran vəzifələr təhlil edilib

A+ A

Şəmkir, 26 avqust, AZƏRTAC

Şəmkirdə “Şəmkir” futbol kubunun rəhbərliyi ilə görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, görüşdə rayon icra hakimiyyəti başçısının birinci müavini Qüdrət Əliyev, gənclər və idman idarəsinin rəisi Emin İsmayılov, “Şəmkir” futbol klubunun fəxri prezidenti Fərid Hüseynov, klubun prezidenti Elvin Səfərli və baş məşqçi Əli Məmmədov iştirak ediblər.

Klubun gələcək planları və nəzərdə tutulan işlər barədə məlumat verən Elvin Səfərli növbəti mövsümdə “Şəmkir” futbol klubunun qarşısında duran vəzifələrdən danışıb.

Rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov rayonda idmanın bütün sahələri kimi futbolun da inkişaf etdirilməsi və bu idman növünə olan marağın artırılması istiqamətində tapşırıq və tövsiyələrini verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.