REGİONLAR


Şəmkir məktəblisi: Ölkəmizin dilbər guşələri ilə tanışlıq hər birimizin ürəyincə oldu

Şəki, 19 mart, Mustafa Dadaşov, AZƏRTAC

“Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində respublikamızın şimal-qərb bölgəsinə ekskursiyamız olduqca maraqlı keçdi. Bu gün Azərbaycanın memarlıq incilərindən Şəki xanlarının sarayı ilə tanış olduq. Sarayın şəbəkə pəncərələri, tavan və divarlarındakı təsvirlər olduqca maraqlı idi. Bu saray kitablarda oxuduğumuzdan, şəkillərdə gördüyümüzdən də gözəldir.

Bu sözləri “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Şəkidə olan Şəmkir şəhər 1 nömrəli tam orta məktəbin XI sinif şagirdi Zülfiyyə Əliyeva AZƏRTAC-a müsahibəsində söyləyib.

Dövlətimizin başçısının təşəbbüsü ilə reallaşan bu layihənin iştirakçısı olduğu üçün çox sevindiyini vurğulayan şəmkirli məktəbli deyib: “Bu layihə biz məktəblilərə ölkəmizi daha yaxından tanımağa imkan verir. Təşkilatçılara minnətdarlığımızı bildirir və belə layihələrin davamlı olmasını arzulayırıq”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.