REGİONLAR


Şəmkir rayonunun Sarıtəpə kəndində yer fıstığı becərilir

A+ A

Şəmkir, 18 avqust, AZƏRTAC

Şəmkir rayonunun Sarıtəpə kəndində yer fıstığı becərilir. Bu bitkini 1980-ci illərdə Özbəkistandan Şəmkirə gələrək Sarıtəpə kəndində məskunlaşan məhsəti türkləri əkməyə başlayıblar. Yer fıstığının əkilib becərilməsi zəhmətli olsa da, daim bazarı olduğu üçün gəlirli sahə sayılır. Həm çərəz kimi işlənir, eyni zamanda, şokolad istehsalında, bir çox şirniyyatların hazırlanmasında istifadə edilir.

Fermer Roman Əhmədov AZƏRTAC-a bildirib ki, yer fıstığı may ayında əkilir. Oktyabrın sonunda isə məhsul yığılır. Yer fıstığı həm də məhsuldarlıq baxımından gəlirli sayılır. Hektardan təxminən 1,5-2 ton məhsul götürmək mümkündür.

Qeyd edək ki, əkin sahələrinin su təminatını yaxşılaşdırmaq məqsədilə Sarıtəpə kəndi ərazisində çoxlu sayda artezian quyuları qazılıb. Bunun da nəticəsində suvarılmada çətinlik yaşanmır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.