REGİONLAR


Şəmkirdə 10 min hektara yaxın taxıl sahəsində biçin aparılıb

Şəmkir, 12 iyul, Famil Quliyev, AZƏRTAC

Şəmkirdə ötən ilin payızında cari ilin məhsulu üçün 14 min 129 hektar sahədə taxıl əkilib. Bunun 8 min 304 hektarı buğda, 5 min 825 hektarı arpa sahələridir. Hazırda sahələrdə məhsul yığımı davam edir.

AZƏRTAC xəbər verir ki, fermerlər artıq 9 min 949 hektar taxıl sahəsində biçin aparıblar. Biçin aparılan sahələrin 6 min 59 hektarını buğda, 3 min 890 hektarını isə arpa zəmiləri təşkil edir. Sahələrdən 30 min 992 ton taxıl götürülüb. Rayon üzrə taxıl sahələrindəki orta məhsuldarlıq 32,18 sentner təşkil edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.