REGİONLAR


Şəmkirdə “Ailə klubu”nun təqdimatı keçirilib

A+ A

Şəmkir, 24 oktyabr, Famil Quliyev, AZƏRTAC

Şəmkirdəki Heydər Əliyev Mərkəzi və Şəmkir Bilik Evi tərəfindən yaradılan “Ailə klubu”nun təqdimat mərasimi olub. Təqdimatda Şəmkir Heydər Əliyev Mərkəzinin direktoru, Milli Məclisin deputatı Sona Əliyeva və rayonun sosial-ictimai həyatında fəallığı ilə seçilən qadınlar iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, Sona Əliyeva tədbiri açaraq Şəmkir Bilik Evi ilə birgə həyata keçirilən layihələr, “Ailə klubu”nun əsasnaməsi, görüləcək işlər barədə məlumat verib.

Sonra ailə zorakılığı, qadın və uşaq hüquqlarının pozulması, erkən nikah məsələləri müzakirə edilib, problemlərin həlli yolunda təkliflər səsləndirilib.

Tədbirin sonunda təqdimatda iştirak edən qadınlar “Ailə klubu”na üzv olub, təkliflərini yazılı şəkildə təqdim ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.