REGİONLAR
Şəmkirdə “Gələcəyini planlaşdır” mövzusunda təlimə start verilib
Şəmkir, 4 may, AZƏRTAC
Azərbaycan Mikromaliyyə Assosiasiyası və Polşa Mikromaliyyə Mərkəzinin Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanın regionlarında qadın mütəxəssislərinin hazırlanması və qadın sahibkarlarının inkişafı” layihəsi çərçivəsində Şəmkir Rayonu Zəka Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzində maliyyə savadlılığı üzrə “Gələcəyini planlaşdır” mövzusunda 2 günlük təlim öz işinə başlayıb.
AZƏRTAC xəbər verir ki, tədbirin açılışında Şəmkir Rayon İcra Hakimiyyətinin məsul işçiləri, Azərbaycan Mikromaliyyə Assosiasiyasının nümayəndələri və rayonun gənc qadınları iştirak ediblər. Təlimin əsas məqsədi kiçik və orta sahibkarlıqla məşğul olan və ya məşğul olmaq istəyən qadınlara biznes ideyasının yaradılmasında və biznes planın hazırlanmasında dəstək olmaqdır.