REGİONLAR


Şəmkirdə Gənclər Günü qeyd olunub

A+ A

Şəmkir, 2 fevral, Famil Quliyev, AZƏRTAC

Şəmkir Heydər Əliyev Mərkəzində 2 Fevral – Gənclər Günü qeyd olunub.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov gəncləri təbrik edib. Qeyd edib ki, ümummilli lider Heydər Əliyev Azərbaycan gəncliyini güclü görmək istəyirdi. Odur ki, Ulu Öndər 1994-cü ilin iyulunda Azərbaycanda Gənclər və İdman Nazirliyini yaratdı və gəncləri bir araya topladı. 1996-cı il fevralın 2-də isə ilk dəfə müstəqil dövlətimizdə gənclər forumu keçirildi. Daha sonra ulu öndər Heydər Əliyevin imzaladığı Sərəncamla fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edildi.

A.Məmmədov bildirib ki, gənclərə, gələcək nəslə önəm verən, onların problemlərini hər zaman diqqət mərkəzində saxlayan Prezident İlham Əliyev tərəfindən gənclərin problemlərinin həlli üçün mühüm addımlar atılır. 2007-ci ilin “Gənclər ili” elan edilməsi, “Azərbaycan Gəncliyi Dövlət Proqramı”nın təsdiq olunması, Gənclər Fondunun yaradılması, gənclərlə bağlı müxtəlif sərəncamların verilməsi bunun bariz nümunəsidir.

Çıxış edən gənclər bildiriblər ki, onların ölkənin ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal iştirakı, gənc istedadlara dövlət qayğısının artırılması, elm, təhsil, iqtisadiyyat, mədəniyyət, dövlət idarəçiliyi və digər sahələrdə gənclərin xidmətlərinin qiymətləndirilməsi və bütövlükdə dövlət gənclər siyasətinin həyata keçirilməsi istiqamətində böyük işlər görülüb.

Sonra gəncləri maraqlandıran məsələlər ətrafında müzakirələr keçirilib.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.