REGİONLAR


Şəmkirdə Qarabağ müharibəsi əlillərinə ev verilib

Şəmkir, 23 may, Famil Quliyev, AZƏRTAC

Şəmkir rayonunda II qrup Qarabağ müharibəsi əlilləri Zeynalov Müsahib Nəriman oğlu və Bədəlov Fuad Sərvəz oğluna yeni evlər verilib.

Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, Qarabağ müharibəsi əlillərinə verilən hər iki ev 3 otaqdan ibarətdir. Evlərin ümumi sahəsi 110, yaşayış sahəsi isə 82 kvadratmetrdir. Fərdi yaşayış evlərində yaşayış üçün lazımi şərait yaradılıb.

Qeyd edək ki, indiyədək Şəmkir rayonunda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 1 ədəd 36 mənzilli, 1 ədəd 16 mənzilli, 1 ədəd 8 mənzilli bina və 14 ev növbəlilik əsasında istifadəyə verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.