CƏMİYYƏT


Şəmkirdə “Şahin” hərbi-idman oyunu üzrə zona birinciliyi keçirilib

Bakı, 21 aprel, AZƏRTAC

Şəmkir rayonundakı “N” hərbi hissədə “Şahin” hərbi-idman oyunu üzrə zona birinciliyi keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yarışın açılışında Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, “N” hərbi hissənin zabitləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon şöbəsinin, rayonun gənclər və idman idarəsinin, təhsil, mədəniyyət və turizm şöbələrinin rəhbərliyi iştirak edib.

Çıxış edənlər zona birinciliyində iştirak edən müxtəlif rayonlardan gəlmiş komandaların üzvlərinə uğurlar arzulayıblar. Bildirilib ki, “Şahin” hərbi-idman oyunlarının keçirilməsində əsas məqsəd böyüməkdə olan gənc nəslin hərbi-vətənpərvərlik tərbiyəsinə diqqəti daha da artırmaq, məktəbliləri hərbi-idman oyunlarına geniş cəlb etməklə onların ordu sıralarında xidmətə hazırlanmasına kömək göstərilməkdən ibarətdir.

“Şahin” hərbi-idman oyunlarında Mingəçevir və Gəncə şəhərlərindən, Qazax, Tovuz, Ağstafa, Gədəbəy, Göygöl, Daşkəsən, Samux, Qəbələ və Kəlbəcər rayonlarından olan məktəblilər iştirak ediblər.

Yarışın nəticələrinə əsasən, birinci yerə Mingəçevir şəhərinin, ikinci yerə Samux rayonunun, üçüncü yerə isə Qazax rayonunun komandaları layiq görülüblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.