REGİONLAR
Şəmkirdə “Səlis danışıq” Loqopedik və Psixoloji Mərkəzin filialı açılacaq
Şəmkir, 17 aprel, Famil Quliyev, AZƏRTAC
Şəmkir Heydər Əliyev Mərkəzində “Səlis danışıq” Loqopedik və Psixoloji Mərkəzin bölgə filialı açılacaq.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə mərkəzin rəhbəri Xavər Abdullayeva Şəmkir filialının bir ay ərzində açılacağını bildirib. Qeyd olunub ki, mərkəzin bölgə filiallarını açmaqda məqsəd həm valideynlər, həm də fiziki qüsurlu uşaqların işini asanlaşdırmaqdan ibarətdir.
Mərkəzin psixoloqu Zərifə Kərimli “Səlis danışığ”ın filiallarında çalışmaq üçün mütəxəssislərin hazırlandığını vurğulayıb.
Şəmkir Rayon İcra Hakimiyyətinin nümayəndəsi Pərviz İbrahimov bu ideyanı dəstəkləyib və uşaqların sağlamlığı üçün əllərindən gələni edəcəklərini bildirib.
Sonda mərkəzin rəhbəri X.Abdullayeva və psixoloqlar tədbirdə iştirak edən uşaqları müayinə edib, tövsiyələrini veriblər.