REGİONLAR


Şəmkirdə Ümumdünya QİÇS-lə Mübarizə Günü ilə əlaqədar tədbir təşkil olunub

A+ A

Şəmkir, 1 dekabr, Famil Quliyev, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Şəmkir Heydər Əliyev Mərkəzi və Şəmkir Bilik Evinin birgə təşkilatçılığı ilə 1 Dekabr - Ümumdünya QİÇS-lə Mübarizə Günü ilə əlaqədar Mərkəzdə tədbir keçirilib. Tədbirdə QİÇS-lə Mübarizə Mərkəzinin və Şəmkir Heydər Əliyev Mərkəzinin nümayəndələri, tibb işçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, QİÇS-lə Mübarizə Mərkəzinin rəhbəri Səyyarə Nadirova və rayon mərkəzi xəstəxanasının yoluxucu xəstəliklər şöbəsinin müdiri Fəxrəddin Hüseynov çıxış edərək iştirakçılara QİÇS xəstəliyi, onun ilkin əlamətləri, QİŞS-dən qorunma və bu xəstəliyə qarşı mübarizə yolları barədə məlumat verib, sualları cavablandırıblar.

Bildirilib ki, tədbirin keçirilməsində məqsəd QİÇS xəstəliyinin qarşısının alınması və onunla mübarizəyə kompleks yanaşılmasına dəstək olmaq və əhalinin maarifləndirilməsidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.