REGİONLAR
Şəmkirdə “Uşaq hüquqları aylığı” çərçivəsində balacalar tibbi müayinədən keçirilir
Şəmkir, 17 noyabr, AZƏRTAC
Şəmkirdə körpələr evi-uşaq bağçalarında Gənc Həkimlər Birliyinin üzvləri tərəfindən "Uşaq hüquqları aylığı" çərçivəsində balacaların tibbi müayinədən keçirilməsi davam edir.
AZƏRTAC xəbər verir ki, həkimlərin növbəti ünvanı Şəmkir şəhər 6 və 7 saylı, Dəllər qəsəbə 2 saylı körpələr evi-uşaq bağçaları olub. Gün ərzində müəssisələrdəki bütün uşaqlar müayinədən keçiriliblər.
Gənc Həkimlər Birliyinin sədri Samir Namazov bildirib ki, rayonda fəaliyyət göstərən 52 məktəbəqədər müəssisədə, ümumilikdə, 2775 uşaq tərbiyə alır. Aylıq çərçivəsində uşaqların hamısı tibbi müayinədən keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.05.2024 [17:48]
Gəncədə “Yaradıcı müzakirələr” keçirilir
- 08.05.2024 [17:02]
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
- 08.05.2024 [16:57]
Naxçıvanda istehlaka yararsız qida məhsullarının satışının qarşısı alınıb
- 08.05.2024 [16:35]
Birinci Qarabağ müharibəsi şəhidinin nəşi Lənkəranda torpağa tapşırılıb
- 08.05.2024 [16:34]