İDMAN


Şəmkirdə Vüqar Həşimovun xatirəsinə həsr olunmuş növbəti turnir start götürüb VİDEO

Bakı, 21 aprel, AZƏRTAC

Azərbaycanın tanınmış qrossmeysteri Vüqar Həşimovun xatirəsinə həsr olunmuş “Shamkir Chess 2017” şahmat turniri start götürüb.

AZƏRTAC xəbər verir ki, ənənəvi şahmat turnirində dünyanın aparıcı qrossmeysterlərinin çoxu iştirak edir. Turnirdə Azərbaycanı təmsil edən Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov birinci tura qara fiqurlarla başlayıblar. Ş.Məmmədyarov turnirin reytinq-favoriti Uesli So, T.Rəcəbov Pavel Elyanov ilə qarşılaşıblar.

Turnir Şəmkirdə Heydər Əliyev Mərkəzində keçirilir.

Birinci turda Radoslav Voytaşek (Polşa) – Vladimir Kramnik (Rusiya), Veselin Topalov (Bolqarıstan) – Maykl Adams (İngiltərə), Uesli So (ABŞ) – Şəhriyar Məmmədyarov (Azərbaycan), Sergey Karyakin (Rusiya) – Pentala Harekrişna (Hindistan), Pavel Elyanov (Ukrayna) – Teymur Rəcəbov (Azərbaycan) partiyaları oynanılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.