REGİONLAR
Şəmkirdə “Xərçəng - bəşəriyyətin bəlası” mövzusunda elmi-praktik konfrans keçirilib
Şəmkir, 28 oktyabr, Famil Quliyev, AZƏRTAC
Şəmkir Heydər Əliyev Mərkəzində rayon icra hakimiyyətinin və Gənc Həkimlər Birliyinin təşkilatçılığı ilə “Xərçəng - bəşəriyyətin bəlası” mövzusunda elmi-praktik konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransda rayon icra hakimiyyəti başçısının müavini Məleykə Əlizadə çıxış edərək, iştirakçıları xərçəng xəstəliklərinə qarşı birgə mübarizəyə səsləyib.
Gənc Həkimlər Birliyinin üzvləri, mütəxəssislər, idarə və təşkilat rəhbərləri, rayon ictimaiyyəti, o cümlədən, gənclər və yeniyetmələrin iştirakı ilə keçirilən konfransda çıxış edən mütəxəssislər xərçəng xəstəliyi barədə ətraflı məlumat veriblər.
Sonra konfrans iştirakçıları xərçəng xəstəliyinin riskinin azaldılması üçün həyata keçirilməsi zəruri olan profilaktik tədbirlər barədə məlumatlandırılıblar.